Ölkə futbolu

Millimiz FİFA reytinqində 2 pillə irəliləyəcək

Azərbaycan milli komandası FİFA reytinqində irəliləyəcək.

Dünya futbol qurumunun gələn həftə açıqlayacağı reytinqdə hansı komandanın neçənci yerdə olacağı ilə bağlı təxmini cədvəl müəyyənləşib.

Martın 5-də keçirilən yoxlama oyunları reytinq siyahısında müəyyən dəyişikliklərə səbəb olacaq. BƏƏ-nin Dubay şəhərində keçirilən yoxlama oyununda Filippin millisini 1:0 hesabı ilə məğlub edən Azərbaycan yığması martın 13-dəki siyahıda 91-ci olacaq.

Fevral reytinqində 372 xalla 93-cü olan Berti Foqtsun yetirmələri 3 xal geri düşsə də, 2 pilləlik inkişaf əldə edəcək. Yığmamızın 369 xalla 91-ci olmasına isə cədvəldəki qonşularımızın zəifləməsi səbəb olub.

 

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik gözlənilmir. İspaniya (1510) yenə 1-ci pillədə qalacaq, Almaniya (1336) və Argentina (1234) ilk “üçlük”də yerini qoruyacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43