Dünya futbolu

Moyes azarkeşlərə səsləndi

“Mançester Yunayted”in baş məşqçisi Devid Moyes azarkeşlərə müraciət edib.

Bu il olduqca bərbad mövsüm keçirən “Mançester Yunayted”də yeganə təqsirkar baş məşqçi Devid Moyes göstərilir. Moyes üzünü azarkeşlərə tutaraq, onlardan sevdikləri kluba sona qədər inanmalarını və dəstəkləmələrini istəyib: “Bura təzə gələndə bilirdim ki,başlanğıcdan işlər heç də, yaxşı getməyəcək. Ancaq bu qədər pis çıxış edəcəyimizi də gözləmirdim. Bununla, belə siz azarkeşlər hər zaman komandanın yanında oldunuz. Komanda qalib gələndə ona azarkeşlik etmək asandır. Əsas məsələ sevdiyin klubu pis günündə yalnız  buraxmayasan. Bütün çətinliklərin öhdəsindən bir yerdə gələcəyik. Bu da bizi daha güclü və dözümlü edəcək. Mən əminəm ki, biz yenidən alışdığımız, möhtəşəm “Mançester Yunayted”i və onun qələbələrini görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43