İrlandiya millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində millimizlə oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Dara O`Şi və Şeymus Koulman zədə, Ceyson Molumbi və Alan Braun cəza səbəbindən oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçı buraxacaq. Bundan başqa, Mett Doherti, Ceff Hendrik və Adam İdahın millimizlə qarşılaşmada oynayıb-oynamayacağı sual altındadı.
Qeyd edək ki, Azərbaycan – İrlandiya matçı saat 20:00-da start götürəcək.