“Bakı”nın hücumçusu Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, çempionatımızın bombardiri PTT I Liqa təmsilçisi “Elazığspor”la razılığa gəlib.
Yayılan xəbərlərə görə, Novruzov dünən İstanbulda klub prezidenti ilə görüşüb və rəsmi müqaviləyə qol çəkib. Onun 1+1 formasında müqaviləyə qol çəkdiyi də bildirilir.