İdman

Millimizin futbolçusu Türkiyə klubuna lazım olmadı

Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Türkiyənin I Liqasında çıxış edən “Samsunspor” klubu ilə yollarını rəsmən ayırıb.

İdmanxeber.com-un məlumatına görəi, bu barədə klub prezidenti Ahmet Güral Karayılmaz bildirib. O, 28 yaşlı sol cinah müdafiəçisi ilə yanaşı, Gökay İravul, Muhammet Beşir, Kenan Karışık, Ahmet Cebe ilə də vidalaşdıqlarını söyləyib.

Qeyd edək ki, Ufuk Budak zədə səbəbindən son matçlarda meydana çıxmayıb. “Samsunspor”la müqavilə müddəti başa çatan Budak ötən həftə komanda yoldaşları ilə vidalaşaraq, ailəsinin yaşadığı Almaniyaya dönüb. Cari mövsümü 36 xalla 16-cı pillədə başa vuran “Samsunspor” II liqaya düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43