İdman

Aleks Ferqyuson komadan ayıldı

İngiltərənin “Mançester Yunayted” futbol komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson komadan ayılıb.

İdmanxeber.com-un məlumatına görə, mayın 5-də beyninə qan sızdığı üçün əməliyyat olunan 76 yaşlı mütəxəssis hələ də reanimasiya şöbəsindədir. Lakin, o, artıq otura və danışa bilir.

Həkimlər şotlandiyalı məşqçinin tezliklə sağalacağına dair müsbət proqnoz versələr də, tam bərpa prosesinin uzun sürəcəyini bildirirlər.

Qeyd edək ki, Aleks Ferqyuson 1986 – 2013-cü illərdə İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi olub. Ferqyuson bu müddətdə 38 titul qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43