25 İyun 2026
Ölkə futbolu

Millimizin üzvü oynadı, komandası xal itirdi

Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin  müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Tecon Xana Sitizen” doğma meydanda “Qvanqju”nu qəbul edib və oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43