Ölkə futbolu

Mourinyo: “Millilərin yoldaşlıq oyunlarının qəti əleyhinəyəm”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı mütəxəssis hazırda milli komandaların yoldaşlıq oyunu keçirməsinin mənasız olduğunu deyib:

“Bu yoldaşlıq görüşlərinin qəti əleyhinəyəm. Yoldaşlıq oyunu yalnız dünya və Avropa çempionatına bir neçə haftə qalmış faydalı ola bilər. Mövsümün ortasında isə bu oyunların mənası yoxdur”.

Qeyd edək ki, ”Mançester Yunayted”in iki futbolçusu – Kris Smolinq və Fil Cons  İngiltərə millisinin düşərgəsində zədə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43