Türkiyənin "Beşiktaş" klubu ulduz futbolçu transfer etmək istəyir.
İdmanxeber.com-un məlumatına görə, bu "Çelsi"də çıxış edən Samuel Eto'Odur. Türkiyə mətbuatının yaydığı xəbərə görə, bu keçiddə “Xəzər Lənkəran”ın təsisçisi və fəxri prezidenti Mübariz Mənsimovun rolu böyük olacaq.
İddia edilir ki, Mənsimov yaxşı münasibətlərdə olduğu “Çelsi”nin sahibi Roman Abramoviçlə də bu barədə danışıb. Həmyerlimiz rusiyalı milyarderdən Samueli yola gətirməyi xahiş edib.
Qeyd edək ki, Mənsimov "Beşiktaş" azarkeşidir.