Dünya futbolu

Mudrik “Çelsi”də qalacaq

Ukrayna millisinin üzvü Mixail Mudrik “Çelsi”də qalacaq.

İdmanxeberl.az məlumat verir ki, “Çelsi”nin vingeri bir çox təklifləri olmasına baxmayaraq, qərarını qətiləşdirib.

Mudrik London klubundakı vəziyyətindən razı olduğu üçün “zadəganlar”ın düşərgəsini tərk etmək niyyətində deyil.

Ukraynalı futbolçu 2023-cü il yanvarın 15-də “Çelsi”yə keçib. O, 2031-ci il iyunun 30-na qədər müqaviləylə İngiltərə klubuna məxsus olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43