Bu, mənim ilk matçım olduğundan qələbə qazanmaq vacib idi. Komandanın nəyə qadir olduğunu bilmirəm. Bu qələbə ilə uğursuzluğa son qoyduq. Komandama inanıram, qarşıda çox işlərimiz var. İlk dövrə bitənə kimi vəziyyətimizi yaxşılaşdırmalıyıq”.
Bu sözləri "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli Azərbaycan kubokunun 1/8 finalında "Neftçala" ilə oyundan (4:0) sonra deyib.