“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Premyer Liqanın 21-ci turunda səfərdə keçirilən “Qəbələ” (2:3) ilə matçdan sonra oyun haqda fikirlərini açıqlayıb:
“Bu, bizim turnir cədvəlinin liderlər qrupunda qərarlaşan klublara qarşı ardıcıl üçüncü oyunumuz idi”.
“Ardıcıl 3 ağır oyun keçirdik. Bu görüşlərdə 7 xal qazandıq və sübut etdik ki, çempionatda “Xəzər Lənkəran” da var. Biz həmin görüşlərdə 6 qol vurduq və bu, yaxşı rəqəmdir. Həmin əhəmiyyətli qollar komandamızın azarkeşlərini çox sevindirdi. Onlar bilsinlər ki, nə qədər çox sevinsələr, biz də özünəinam çox olacaq”.