Namiq Ələskərov transferini heç cür bitirə bilməyən “Bursaspor” millimizin sabiq üzvü Ufuq Budaqla anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, son olaraq “Altınordu”da çıxış edən 31 yaşlı sol cinah müdafiəçisi ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Ufuq Türkiyə karyerasında 170 oyuna çıxdı, 2 qol vurarkən, 11 assist etdi. Budaq “Boluspor”, “Samsunspor”, “Manisaspor”, “Kayserispor” kimi klubların şərəfini qoruyub. O, 17 dəfə milli komandamızın formasını geyinib.