Kateqoriyasız

Namiqli “Bursaspor” “Ümraniyespor” səfərində

Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Namik Ələsgərovun formasını geyindiyi “Bursaspor” “Ümraniyespor”un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

​Hazırda aktivində 18 xal ı olan “Bursaspor” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Namikin hesabında isə 4 qol var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43