“Neftçi”nin Antalyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi komandalardan biri müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisi Albaniyanın “Partizani” komandası ilə üz-üzə gələcək. Matç yanvarın 9-da keçiriləcək.
Qeyd edək ki, yanvarın 4-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verəcək “Neftçi”nin hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. “Neftçi” bu ölkədə 2 yoxlama matçı keçirməyi planlaşdırır.