Kateqoriyasız

“Neftçi” çempionluq kubokunu şəhid azarkeşlərinin məzarına apardı

7 illik fasilənin ardından ölkə çempionu adını qazanan “Neftçi” klubu çempionluq kubokunu şəhid olan azarkeşləri – mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarları önünə aparıb.

Təltifetmə mərasimindən sonra bütün komanda ilə birlikdə 2-ci Fəxri Xiyabana yollanan paytaxt təmsilçisi torpaqlarımızın azadlığı uğrunda şəhid olan azarkeşlərinin xatirəsini yad etmək üçün bu addımı atıblar.

Şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43