Ölkə futbolu

“Neftçi” məşhur klubla qarşılaşacaq

Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçən “Neftçi” klubunun ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ qaralar” Ukraynanın adlı-sanlı klubu olan Kiyev “Dinamo”su ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə bu gün saat 15:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43