Kateqoriyasız

“Neftçi” – “Qəbələ” matçının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 16-cı turun oyun cədvəli məlum olub.

İdmanxeber.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Turun mərkəzi görüşündə “Neftçi” doğma meydanda “Qəbələ”ni qəbul edəcək, son çempion “Qarabağ”ın rəqibi isə “Sumqayıt” olacaq.

Azərbaycan Premyer Liqası, 16-cı tur

19 fevral

16:00 Səbail – Sabah
“ASCO Arena”

18:00 Sumqayıt – Qarabağ
Sumqayıt şəhər stadionu

20 fevral

16:00 Keşlə – Zirə
“ASK Arena”

18:00 Neftçi – Qəbələ
8-ci km stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43