Ölkə futbolu

“Neftçi” – “Qaradağ Lökbatan”: 3:0 Məşqçi Fikirləri

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ı məğlub edən “Neftçi” növbəti mərhələyə vəsiqə qazandı.  

Adil Mahmudov (“Qaradağ Lökbatan”ın baş məşqçisi): “Kubok oyununa köklənmək tam başqadır.  Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Onlara qarşı oynamaq bizim üçün şərəfdir. İnşallah, “Neftçi” bu il Azərbaycan kubokunu qazanar. Bizim isə qarşıda vacib oyunlarımız var və həmin oyunlara hazırlaşmalıyıq”.  

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Öz komandam barədə geniş danışmaq istəmirəm. “Qaradağ Lökbatan” klubunun oyununu qeyd etməliyəm. Komandanın heyətində yaxşı gənc oyunçular var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43