Ölkə futbolu

Tərlan Əhmədov: “Meydançanın vəziyyəti oyuna təsir etdi”

Azərbaycan kubokunun 1/8 final mərhələsində AZAL “Neftçala”nı məğlub edərək, növbəti mərhələyə adladı.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Bakıdan gələndə bilirdik ki, çox ağır oyun olacaq. Meydançanın vəziyyəti və hava durumu oyunun gözəlliyinə təsir etdi. Sevindiyim məqam da var. Azərbaycan çempionatının birinci dəstəsində “Neftçala” kimi mübariz komandanın olmasına görə şadam. Rəqib 90 dəqiqə mübarizə apardı. “Neftçala”nın potensialı var. Rəqibin rəhbərliyini və baş məşqçi Kamal Quliyevi təbrik edirəm. Qələbə qazansaq belə, oyundan razı qalmadım. Görüləsi işlərimiz çoxdur”.

Kamal Quliyev (“Neftçala”nin baş məşqçisi): “AZAL klubunu təbrik edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam. Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı belə mübarizə aparması sevindirici haldır. Oyunun sonlarında nəzarəti əldən verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43