04 Dekabr 2024
Ölkə futbolu

Səlahət Ağayev: “İnter”də qapıçı problemi yoxdur” – Səlahət Ağayev

“İnter”in qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib.

– Səlahət, “Xəzər Lənkəran”la oyunda zədə aldın. Hazırda vəziyyətin necədir?

– Yaxşıdır, artıq məşqlərə başlamışam.

– Səni qarşıdakı oyunda görə biləcəyik?

– İnşallah, məşq edirəm. Məşqçilər korpusu lazım bilsə, meydana çıxacağam. Ümumiyyətlə, “İnter”də qapıçı problemi yoxdur. Mən olmasam da, komandada yetərincə təcrübəli qapıçılar var.

– Milli komandanın yeni məşqçisinin adı açıqlandı. Yeni məşqçidən təklif gözləyirsən?

– Təbii ki, milli komandada oynamaq hər bir futbolçu üçün böyük şərəfdir. Klubda özümü yaxşı tərəfdən göstərməliyəm ki, dəvət alım.

– Yığmanın son oyununda qapıda sən dayanmışdın. Necə düşünürsən, yeni məşqçi qarşıdakı oyunlarda sənə şans verəcək?

– Vacib olanı budur ki, milli komanda qalib gəlsin. Qapıda kimin qayanacağı o qədər də önəmli deyil. Millidə Kamran Ağayev kimi təcrübəli qapıçımız var. Qapıda kimin dayanacağını məşqçilər korpusu müəyyənləşdirir. Biz də onların qərarlarına hörmətlə yanaşırıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43