Ölkə futbolu

“Neftçi” qələbə ilə başladı

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" klubu bu gün ilk yoxlama matçına çıxıb.

Böyükağa Hacıyevin komandası Albaniyanın "Partizani" klubu ilə qüvvəsini sınayıb.  Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yoxlama oyunu
15 yanvar

Neftçi (Azərbaycan) – Partizani (Albaniya) 2:0
Qollar:
Araz Abdullayev, 32. Samir Məsimov, 75.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43