Kateqoriyasız

“Qarabağ”da istefa

“Qarabağ”ın bütün yaş qrupları üzrə baş kordinatoru Emin Abbasov vəzifəsindən istefa verib.

İdmanxeber.com-un məlumatına görə o, bu barədə sosial şəbəkədə yazıb.

“Bu gün “Qarabağ”dan ayrıldım. Öz istəyimlə tərk etdim klubu. “Qarabağ”a uğurlar arzulayıram. Bu 8 ay ərzində mənə dəstək olan kollektivin hər bir üzvünə də təşəkkür edirəm. “Qarabağ”ın gənc futbolçuları, məşqçiləri, işçi personalı məni bağışlayın, ümidlərinizi doğrulda bilmədim.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43