“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və klubun idman direktoru Vəli Qasımov Cənubi Amerikaya səfər ediblər.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, işgüzar səfər müddətində bir sıra rəsmi görüşlər keçiriləcək və Latın Amerikasının məşhur klubları ilə gələcək əməkdaşlıq planları müzakirə olunacaq.