Ölkə futbolu

“Neftçi” – “Spartak” görüşünün tarixi bəlli oldu

“Neftçi” Rusiyanın “Spartak Moskva” komandası ilə yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, görüş martın 23-ü “Neftçi Arena”da keçiriləcək.

Tərəflər mövsümün əvvəlində Rusiyada “Matç TV” turnirində üz-üzə gəlmiş və Moskva klubu 2:0 hesablı qələbə qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43