Kateqoriyasız

“Neftçi” “Spartak”a qalib gəldi

Təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu sonuncu yoxlama oyununu keçirib.

Bakı təmsilçisi Rusiyanın “Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib. Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilən görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan “Neftçi” iyunun 21-də “Olimpiya” (Sloveniya) ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə (Sloveniya) 1:2 hesabı ilə uduzub.

Yoxlama oyunu

29 iyun

“Neftçi” – “Spartak” (Rusiya) -2:1
Qollar:
 Namiq Ələsgərov, 8, Harramiz, 45+2, – İqnatev, 44
Avstriya, “Sportzentrum Landskron” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43