Kateqoriyasız

“Neftçi” “Traktor Sazi”yə oyun təklif etdi

“Neftçi” klubu Təbrizin “Traktor Sazi” komandasını İran kubokunu qazanması münasibətilə təbrik edib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” tərəfindən göndərilən rəsmi məktubda “Traktor Sazi” komandasına yoldaşlıq oyunu keçirmək təklif edilib.

Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub. Yazıların birində “Traktor Sazi”nin baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında “Neftçi” klubunun bu təklifinə münasibət bildirdiyi qeyd olunub: “Neftçi” ilə oyun komandamız üçün çox faydalı ola bilər”.

Digər məqalədə “Neftçi”nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, “Neftçi” sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı “Traktor Sazi” və “Maşın Sazi” klublarını müvafiq olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43