Kateqoriyasız

“Neftçi” Vyanada dəstəksiz qalmayacaq

Sabah UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə “Rapid”lə qarşılaşacaq “Neftçi” dəstəksiz qalmayacaq.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, “Alliyans” stadionunda keçiriləcək qarşılaşmada 100-ə yaxın azarkeş “ağ-qaralar”ı qələbəyə səsləyəcək.

Ümumilikdə bildirək ki, qarşılaşmaya maraq böyükdü. 28 min azarkeş tutumuna malik olan stadionun sabah tamamən dolu olması gözlənilir.

“Rapid” – “Neftçi” görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43