“Neftçi”nin futbolçularının başqa komandalara keçəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı klubunun yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bəzi oyunçuların komandanı tərk edəcəyi ilə bağlı mətbuatda yayılan məlumatlar şayiədir:
“Son vaxtlar mediada futbolçularımızın başqa komandalara transfer olunacağı və ya icarəyə veriləcəyi haqqında xəbərlər yayılır. “Neftçi” PFK olaraq bəyan edirik ki, bu cür xəbərlər həqiqəti əks etdirmir. Buna görə də media nümayəndələrindən bu cür xəbərləri dərc etməzdən əvvəl klubun mətbuat xidməti ilə dəqiqləşdirmələrini tələb edirik. Əks halda bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və sizin media orqanının nüfuzuna xələl gətirə bilər”.
Əlavə edilib ki, qış transfer dönəmində hər hansı futbolçu başqa komandaya transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi şəkildə klubun mətbuat xidmətindən əldə etmək mümkün olacaq.