Ölkə futbolu

“Neftçi”ni məğlub edən “Xəzər Lənkəran”lı: “Klubdan kimsə mənə zəng etmədi”

“Neftçi” üzərində qələbədən sonra “Xəzər Lənkəran” klubundan kimsə məni zəng edib təbrik etmədi. Yəni, hər dəfə necə, indi də elə. Heç öncəki matçlarda da etməmişdilər”.

Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran”ın futbolçusu Uğur Pamuk deyib.

İcarə əsasında “Sumqayıt”da oynayan və “Neftçi” ilə qələbə matçında meydanda olan Pamuk onunla yalnız futbolçu yoldaşlarının zəngləşdiyini bildirib:

“Mənimlə tez-tez Rasim Ramaldanov, Rahid Əmirquliyev, Elnur Abdullayev, Orxan Sadıqlı və digərləri zəngləşir. Rəhbərlikdən tutmuş məşqçiyə qədər mənim burdakı oyunumu bilirəm ki, izləyir və diqqətdə saxlayırlar. İnanıram ki, “Xəzər Lənkəran”a döndüyümdə daha faydalı olacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43