“Neftçi” iyunun 3-də Azərbaycna kubokunun final matçında “Qarabağ”la oyuna ciddi itki ilə çıxa bilər.
İdmanxeber.com-un məlumatına görə, AZAL-la oyunda zədələnən Araz Abdullayev hələ də məşqlərə başlamayıb. Lakin klubdanəldə etdiyimiz məlumata görə, Abdullayev böyük ehtimalla həlledici matça qədər hazır olacaq.
Qeyd edək ki, komandanın aparıcı üzvü Flavinyo da zədə səbəbindən “Qarabağ”la matçı buraxmalı olacaq. Bundan başqa cəzalı duruma düşən Əziz Quliyev də sözügedən matçda forma geyinə bilməyəcək.