“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov “Qarabağ”la oyun haqda fikirlərini bildirib.
Təcrübəli müdafiəçi “Qarabağ”la oyundakı darmadağına şərh verərkən, qarşıdakı “Neftçi” ilə oyun haqda idmanxeber.com-a danışıb:
“Bilmirəm nə baş verdi. Bizim xeylıi qol imkanlarımız oldu. Ancaq rəqib əlinə düşən fürsətləri yaxşı dəyərləndirdi. İndi diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişik. Ruhdan düşməyəcəyik. Onları yenidən məğlub etməyə çalışacağıq”.