Kateqoriyasız

“Neftçi”nin futbolçusu: “Fənərbağça”dan təklif alsam çox xoşbəxt olaram” – MÜSAHİBƏ

"Neftçi"nin müdafiəçisi Denis Silvanın idmanxeber.com-a müsahibəsi.

– İlk öncə toplanış haqda fikirlərini bilmək istəyərdim.

Hazırlığımız yaxşı keçir. Hava şəraitinin yaxşılaşması da məşqlərimizin intensivliyinə şərait yaradır. Fiziki məşqlər üzərində daha çox çalışırıq.

– Mövsümün geridə qalan bölümündə yeni bir oyun sisteminə malik "Neftçi" görə biləcəyik?

Bunu tək siz yox, hər kəs görəcək. Əlimizdən gələni edəcəyik ki, bu reallığa çevrilsin. Bəzi şeyləri dəyişib daha yaxşı mübarizə aparmağa çalışacağıq. İnanırıq ki, "Neftçi" zəhmətimizin sonunda turnir cədvəlində layiq olduğu yerdə qərarlaşacaq.

– Sosial şəbəkədə "Fənərbağça" forması ilə olan foton azarkeşlər tərəfindən çox müzakirə olundu. Bu haqda nə deyərdin?

"Fənərbağça"dan təklif alsam çox xoşbəxt olaram. Onlarla bir neçə il bundan öncə yoldaşlıq oyunundan sonra formamızı dəyişmişdik. Bu forma da o vaxtdan məndə var. Bu klub mənim çox xoşuma gəlir.

– Hazırda 8 xal lider "Qarabağ"dan geri qalırsız. Komandanın çempionluq şansını necə dəyərləndirərdin?

Hələ qarşıda çox oyunlarımız var. Bütün futbolçular əllərindən gələni əsirgəmirlər. Bütün gücümüzü qoyub ilk pillə uğurunda mübarizə aparacağıq.

– Komanda yoldaşların məşqlərin ağırlığından gileyləndilər. Sənin fikilərin də maraqlıdı…

Bəli, məşqlərimiz çox ağır şəraitdə keçir. Çempionatda uğur əldə etmək üçün bugün yorğun olmağımız normaldı. Fiziki cəhətdən bütün gücümzü sərf etməliyik ki, çempionat oyunlarında yaxşı çıxış edək.

Səxavət QURBANOV_ Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43