“Neftçi”nin həbs olunan azarkeşlərindən biri azadlığa buraxılıb.
İdmanxeber.com-un məlumatına görə, tutulan 4 azarkeşdən biri olan Zamin Əliyev artıq azadlıqdadı. Digər 3 fanat isə gələn ayın əvvəlinə kimi azadlıqa buraxılmalıdırlar.
Qeyd edək ki, “Neftçi”nin Avroliqanın pley-off mərhələsindəki “Partizan”la matçından öncə azarkeşlərin serblərin avtobusunu daşa basması nəticəsində məlum hadisədən 2 gün sonra kütləvi həbs başlamışdı.