Kateqoriyasız

Rasim Ramaldanov söz vermədi: “Çalışacağıq”

“Xəzər Lənkəran”ın müdafəçisi Rasim Ramaldanov bu gün “Neftçi” ilə keçirəcəkləri “Böyük oyun” haqda danışıb.

Cənub klubunun üzvü idmanxeber.com-a açıqlamasında prinsipial matç öncəsi bunları dedi:

“Bilirik ki, hamı bu oyunu səbirsizliklə gözləyir. “Neftçi” ilə bizim aramızda hər zaman maraqlı oyunlar olub. “Neftçi” yaxşı rəqibdi. Çalışacağıq ki, öz oyunumuzu oynayaq və lazım olan nəticəni qazanaq”.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu bu gün, saat 17:30-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43