Ölkə futbolu

“Neftçi”nin qapıçısı millimizin düşərgəsinə qayıtdı

“Neftçi”nin müraciəti əsasında U-21-in məşqlərindən azad edilən Kamran İbrahimov dünən komandasının “Slovan”la keçirdiyi yoxlama oyunundan sonra millinin düşərgəsinə qoşulub.

İdmanxeber.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, yanvarın 21-dən Antalyada təlim-məşq toplanışında olan yığma bu gün Bakı vaxtı ilə saat 12:00-da “Spartak-2” (Moskva) komandası ilə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43