27 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”nin sabiq rəisi: “…lap əcəb edirəm”

"Neftçi"nin sabiq idman-direktoru, ölkə kubokunun finalında baş verən məlum qalmaqaldan sonra istefa verən Güloğlan Cabbarov "İmarət" fan-klubunun haqqında səsləndirdiyi fikirlərərə münasibət bildirib. İdmanxeber.com-un məlumatına görə, Cabbarov "facebook" səhifəsində "Qarabağ" – "Neftçi" matçı öncəsi bunları yazıb:

"Sabah Azərbaycan çempionatında "Qarabaq"la "Neftçi" üz-üzə gələcək. Hər ikisi mənim üçün doğma və əzizdi. Çünki bu gün "Neftçi"də və "Qarabağ"da mənim üçün çox əziz və dəyərli dostlarım var. Amma bu gün məni üzən "Qarabağ"ın "İmarət" fan-klubunun haqqımda səsləndirdiyi fikirlərdi. Azərbaycan xalqı həmişə öz kişilikləri, vurub-tutmağı ilə başqa xalqlardan seçilib. Amma son zamanlarda mənə qarşı kimlərinsə qərəzli addımları məni özümdən çıxartmıya bilməz. Burdan bütün azərbaycanlı fanatlara səslənirəm: mən bir həftədi kikboksinq üzrə dünya əempionatında iştirak edirəm. Bu yarışa 11 idmançı ilə qatılmışıq və yüksək nəticələrlə vətənə qayıdırıq. Mən ildə yüzlərlə, minlərlə döyüşçü yetişdirirəm. Əgər lotuluq-qoçuluq buna deyirsinizsə, lap əcəb edirəm".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43