Yunanıstan Superliqasında 2017/2018 mövsümünün yaxşı futbolçu adına namizədlər sırasında “Neftçi”nin yeni transferi Vangelis Platellas da var.
Ötən mövsüm “Aris”də çıxış edən 30 yaşlı yarımmüdafiəçi bu ad uğrunda Dimitrios Manos (OFİ) və Atanasios Dinasla (“Trikala”) mübarizə aparır.
Qeyd edək ki, ötən il yayda “Aris”dən OFİ-yə transfer olan V.Platellas bu ilin yanvarında “Neftçi” ilə müqavilə bağlayıb.