04 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin yeni transferinin performansına baxın – VİDEO

“Neftçi”nin yeni transferi Mathey Ifeanyinin oyunlardan seçilmiş ən yaxşı epizodlarını təqdim edirik.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı yarımmüdafiəçi həm müdafiədə top qoparmaları, həm də hücumların qurulmasında dəqiqliyi ilə diqqət çəkir.

28 yaşlı futbolçu son olaraq İsveçrənin “Surix” klubunda çıxış edib və əsasən mərkəz yarımmüdafiəçisi mövqeyində oynayır. Təcrübəli oyunçunun ötürmələrdə ustalığı və meydanda çevikliyi “Neftçi”nin orta xəttinə əlavə güc qatacağına işarədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43