13 İyul 2026
Dünya futbolu

Niderlandlı futbolçu “Barselona”dakı gələcəyindən danışdı

Frenki de Yonq “Barselona”dakı gələcəyi barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı yarımmüdafiəçi bu barədə belə deyib:

“Barselona”da xoşbəxtəm və ayrılmaq barədə düşünmürəm. Agentim klubla müqaviləmi uzatmaq barədə danışıqlar aparır”.

De Yonq Katalon klubunda 2019-cu ildən çıxış edir. O, bu müddətdə 189 oyuna 16 qol vurub və 21 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43