27 Dekabr 2024
Kateqoriyasız

“Onların həyatını çətinləşdirə bilərik” – De Byazi

Millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə oyunu öncəsi matçla bağlı gözləntilərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis 2 gün sonra İrlandiyaya qarşı keçiriləcək görüşlə bağlı danışıb. Bununla yanaşı başa çatacaq müqavilə barədə fikirlərini söyləyib:

“Dublindəki heç-heçə ən ədalətli nəticə idi. Son dəqiqəqə qol buraxmaq da üzücü oldu. Müddəti başa çatacaq müqaviləmə gəlincə, indi bütün fikrim İrlandiya ilə oyuna yönəlib. Gələcək planlarımı sonraya saxlamışam.

İrlandiyanın həyatını çətinləşdirə bilərik, təbii ki, oyuna intensivlik gətirə bilsək. Bir də yaxşı təşkilatlanmış olub, ürəyimizi ortaya qoysaq.  İrlandiya heyətində keyfiyyətli gənc futbolçuları olan yaxşı komandadı. Onların çoxu İngiltərə Premyer Liqasında oynayır. Məhz buna görə rəqibimizə qarşı diqqətli olmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43