Milli komanda

“Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik”

Bolqarıstan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az məlumat verir ki, qonaqların baş məşqçisi İliyan İliyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azərbaycan millisi sizi təəccübləndirə bildi?

– Xeyr, təəccüblənmədim. Azərbaycan millisi yaxşı komandadır. Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik. “Qarabağ” avrokuboklarda yaxşı çıxış edir. Millidə yaxşı oyunçular oynayır.

– Millidə oğlunuz İliyan İliyev çıxış edir. Onun çıxışından razı qaldız?

– Millinin oyunçuları ilə bağlı istəmirəm hansısa şərh verim. İstər oğlum olsun, ya başqası.

– Hakimin simpatiyasını hiss etdiz? Çünki vurduğunuz qoldan öncə top bolqarıstanlı oyunçudan çıxmışdı…

– Çox yaxşı oyun alındı. Hər üç nəticə mümkün idi. Azərbaycanın da hesab 0:0 olarkən şansları var idi. Biz də 1:0 öndə olanda növbəti qolu vura bilərdik. Ədalətli nəticə oldu. Gəlin hakimə yüklənməyək. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43