25 İyun 2026
Dünya futbolu

Osimhen daha bir klubun maraq dairəsində: – ərəblərdən təklif var

“Əl-Hilal” “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhenin transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, daha əvvəl “Liverpul”la müqavilə uzadan Muhammed  Salah transferi baş tutmadığı üçün rəhbərlik nigeriyalı forvardı heyətinə qatmaq istəyir. 

Osimhen bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” 26 yaşlı nigeriyalının bazar dəyərini 70 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43