Kateqoriyasız

“Oyuna tam fokuslanmışıq” – Riçard Almeyda

“Qarabağ” Avropa Liqası qrup mərhələsinin beşinci turu çərçivəsində sabah səfərdə “Nant”ın qonağı olacaq.

İdmanxeber.az xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin yarımmüdafiəçisi Riçard Almeyda açıqlama verib:

 

“Bura dünən gəlmişik. Komandamız çox istəklidir. Pozitiv nəticə əldə etmək istəyirik. “Nant”ın gücünə bələdik, bilirik ki, yaxşı komandadır, keyfiyyətli oyunçuları var. Oyuna tam fokuslanmışıq, sabahkı matça tam hazırıq. Belə dolu tribunaların qarşısında bu cür rəqiblərə qarşı oynamaq bizim xoşumuza gəlir. Ümid edirəm ki, Bakıya yaxşı nəticə ilə qayıdacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43