27 Dekabr 2024
Ölkə futbolu

Ozobiç: “Məncə, “Qarabağ” mərhələni keçəcək”

“Neftçi”nin futbolçusu Filip Ozobiç baş məşqçiləri Miodraq Bojoviç barədə danışıb.

İdmanxeber.az məlumat verir ki, xorvatiyalı oyunçu Bojoviçlə yaxşı nəticələr qazanacaqlarına inandığını deyib:

“Qışda baş məşqçi dəyişikliyi oldu. Bu bizə həqiqətən kömək edəcək və daha yaxşı nəticələr qazanacağıq”.

32 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokundakı şanslarından da danışıb:

“Kuboku qazanmaq və liqada ikinci olmaq şansımız var. Bu, realdır. Növbəti matçlarda özümüzü yaxşı tərəfdən göstərmək niyyətindəyik. Bunun sayəsində nəticə əldə etmək mümkündür. Azarkeşləri sevindirmək istəyirik. Mən, oyunçular və baş məşqçimiz əlimizdən gələni edəcəyik”.

 O, “Qarabağ”ın bu gün Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə də fikirlərini bölüşüb:

“Qarabağ”ın Portuqaliyadakı qələbəsi təsadüf deyil. Komanda Avropa səviyyəsində oyun sərgiləyir. Məncə, “Qarabağ” mərhələni keçəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43