27 Dekabr 2024
Kateqoriyasız

“Özümü əsas qəhrəman kimi hiss etmirəm” – Mahir Emreli

“Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Slaviya”nı (Çexiya) məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

Komandasına qələbə qazandıran qolları vuran Mahir bunları deyib:

“Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir.

Özümü əsas qəhrəman kimi hiss edirəm? Xeyr, hiss etmirəm. Futbol komanda oyunudur. Komanda olaraq oynadıq və qrup mərhələsinə vəsiqə qazandıq. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim.

Daha çətin rəqiblərlə qarşılaşacağıq? Bəli. Hər zaman ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürüm. Mənim üçün fərqi yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43