“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları “Qarabağ”la oyunu şərh edib. “Zolaqlılar”ın serbiyalı çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Yetirmələrimi təbrik edirəm. Bizim üçün çox vacib qələbə oldu. Çempionatın lideri ilə qarşılaşdıq və qalib gəldik. “Qarabağ” kimi komandanı məğlub etmək üçün imkanlarından 150 faiz istifadə etməlisən. Oyunçularım yaxşı mübarizə apardı, bəziləri isə zədələndi. Komandama bu oyunda mübarizə aparmağı, gəzərək oynamamağı dedim. Rəqib üzərində basqı, qələbə istəyi olmalıdı. Komanda verilən tapşırıqları yeinə yetirdi. Məni narahat edən əsas məqam asanlıqla qol buraxmağımızdı. Son vaxtlar qapımızdan bu cür qollar buraxırıq”.