“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin yeni klubunun adına aydınlıq gəlib.
İdmanxeber.az məlumat verir ki, Braziliya “İnternasyonal”ından ayrılan 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsinin digər klubu “Korintians”da davam etdirəcək.
Braziliya A seriyası təmsilçisi Pedro ilə 2025-ci ilin sonunadək müqavilə imzalayıb.
O, 2017/18 mövsümündə “Qarabağ”da oynayıb. Futbolçu Ağdam təmsilçisinin heyətində Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.