Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geydiyi “Astana” öz meydanında “Yablonesti” 2:1 hesabı ilə məğlub edib.
Qazaxıstan təmsilçisinin ilk qolunu 18-ci dəqiqədə “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike vurub. Almeyda isə 71-ci dəqiqədə əvəzlənib.
Bu qələbə ilə xalını 8-ə çatdıran “Astana” Kiyev “Dinamo”su ilə ilk iki pilləni bölüşür. “Renn”in 3, “Yablonets”in 2 xalı var.