Kateqoriyasız

PFL rəsmisi “Barselona”nn oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada “Viktoriya” (Plzen) və İspaniya “Barselona”sı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin VI tur matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, noyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43